Пятница, 03.05.2024, 21:05
..::Xosh Gelmisiniz::....
Приветствую Вас Гость | RSS

Меню сайта
Разделы новостей
Programlar [16]
Musiqiler [5]
Oyunlar [7]
Sekiller [21]
~Ehmedli Avto$lari~ [2]
TV-Yayim [0]
Наш опрос
Оцените мой сайт
Cavablar: 45
Главная » 2008 » Июль » 9 » Suya Dusmus Telefonlarin Sirri
Suya Dusmus Telefonlarin Sirri
15:47
 
 
Suya düşmüş telefonları xilas etmənin sirrləri..

Suya düşən cib telefonları maraqlı üsullarla qurtarıla bilir.
İnternetdən alınan məlumatlara görə, islanan telefonların içindəki su, havayla çox çox təmas etmədən sürətli bir şəkildə təmizlənə bilsə cihazın yenidən çalışması mümkün ola bilir.
İstehsalçı firmaların, zəmanət əhatəsinə götürmədiyi islanma vəziyyətlərində istifadəçinin ilk olaraq, cihaz cərəyan mənbəyinə  qoşulmuşsa qısa dövrə etməməsi üçün cərəyan mənbəyindən çıxarması deyilsə eyni riskdən ötəri cihazla batareyanın bir-birindən ayırması ardından da SIM kartı çıxartması lazımdır. Bir çox vəziyyətdə cihaz islansa belə SIM kartlar işə davam edir.
Cihazın batareyasnı və SIM kartı çıxarıldıqdan sonra quru bir bezlə sürətli şəkildə qurulanması lazımdır. Cihaz içərisindəki nəmin təbii bir şəkildə buxarlaşması vəziyyətində telefonun "xilas olma" ehtimalı daha çox var.
Cib telefonunun içərisindəki nəmi buxarlaşdırmanın ən yaxşı yolu, bir elektrik süpürgəsi ilə içinə, mühitdəki havanın üflənməsi ya da çəkiş xüsusiyyəti olan bir elektrik süpürgəsi ilə içəridəki havanın çölə çıxarılması. Ancaq saç qurutma maşınının istifadə edilməməsi lazımdır. Çoxu saç qurutma maşını, 'soyuq üfləmə' rejimində belə  mühitdəki havadan daha isti bir havanı maşının içərisinə üflədiyi üçün inteqrə və lehimlərə zərər verə bilir. Bunun nəticəsində cihaza batareya qoşulduğu  an telefon qısa dövrə edə bilir.
Qurulandığı halda içində hələ nəm olan cib telefonlarını tamamilə qurutmanın ən yaxşı yolu isə düyü dənələri ilə dolu bir qabın ortasına qoyub ağızını bağlamaq və ən az bir gün gözlətmək. Düyü dənələri mühitdəki nəmi sürətlə əmə bilir.
İstifadəçilərin, saç qurutma maşınları, mikrodalga sobalar və doğrudan günəş işığından qaçınması lazımdır. Cihazların "tualetə salınmadığı müddətcə" də spirtlə təmizlənməməsi lazımdır. Solvent məzmunlu olan spirt, cihaz içindəki plastik əlaqələri əridə bilir. Bunun yerinə  "Denature" spirt istifadə edilə bilər.
Telefonunu dənizə salanların, cihazı sudan çıxarıb bu səfər şirin suya buraxmaları daha sonra oradan da çıxarıb qurulamaları lazımdır. Çünki duzlu su saxladığı kristallardan ötəri cihazın bəzi parçalarına zərər verə bilir.
Bir çox istifadəçinin, suya saldığı üçün işləməyən telefonlarını dəyişdirmək istəyələrinin ardından istehsalçı firmalar, uzun bir müddətdir cihazın həm xaricinə həm də içinə zəmanət etiketləri yerləşdirməyə başladı.
Su ilə təmas etdikləri zaman rəng dəyişdirən bu etiketlər sayəsində səlahiyyətli xidmət, telefonun içini açmadan belə suya düşdüyünü anlaya bilir. Bir çox telefonun içində də gizli işarələr var. Bu işarələr, telefon islandıqdan sonra xaricindəki etiket dəyişdirilsə belə cihazın islandığını təsbit edə bilir.

www.Life264.tk-da

Просмотров: 1087 | Добавил: yusif | Рейтинг: 5.0/1 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Форма входа
Календарь новостей
«  Июль 2008  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Поиск
Друзья сайта
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz